For azerbaijan
Təşkilatın formalaşması cəmiyyətimizdə misilsiz birlik duyğularının və xeyriyyəçilik səylərinin ortaya çıxdığı dövrdə baş tutur. Bir qrup vətənpərvər peşəkar tərəfindən qurulan “FOR AZERBAIJAN” təşkilatı əsasən xaricdə məskunlaşmış xeyirxah insanların enerji və resurslarını cəmləyərək Azəbaycanda ən həssas ehtiyacları olan insanlara təsirli, şəffaf, dayanıqlı və miqyaslanabilən dəstəyini təmin etməyə xidmət edir. Təşkilat fəaliyyətini Azərbaycanda xeyriyyəçilik mədəniyyətinin inkişafı və bu sahədə yüksək standardların tətbiqini ilham alaraq həyata keçirir. For Azerbaijan ABŞ qanunvericiliyinə əsasən 501.c.3 xeyriyyə cəmiyyəti statusuna malikdir.