Layihə Barədə

Qəhrəman şəhidlərimizin övladlarının yay tətilini daha dəyərli və mənalı etmək, onların yaşadıqları emosional gərginliklərin təsirlərinin azaldılması və aradan qaldırılması üçün “For Azerbaijan” xeyriyyə təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə Şüvəlan qəsəbəsində “Qaliblər Düşərgəsi” adlı iki həftəlik düşərgə təşkil edildi. 13-15 yaş aralığında olan bütün şəhid övladlarını əhatə edən bu düşərgədə iki həftə ərzində 25 dən çox bölgəmizdən 74 yeniyetmə iştirak etdi. Uşaqların emosional, sosial, intellektual və fiziki inkişafına hədəflənən düşərgə zəngin proqramı ilə yaddaqalan oldu. Dövlət, özəl və qeyri-hökumət təşkilatlarının sıx əməkdaşlığı nəticəsinə ərsəyə gələn düşərgənin təşkilində 30-dan çox tərəfdaş iştirak etdi. Bu layihənin təşkili və icrasında iştirak edən hər bir tərəfdaşımıza təşəkkür edirik. Bu internet səhifəsində siz “qaliblər”imizi yaxınana tanıyacaqsınız və onların düşərgədəki hər bir gününü və anını əks etdirən foto və video materiallar ilə tanış ola biləcəksiniz.